Get Mystery Box with random crypto!

𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹

Telegram kanalining logotibi jacobfaktlar — 𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹 𝑱
Telegram kanalining logotibi jacobfaktlar — 𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹
Kanal manzili: @jacobfaktlar
Toifalar: Iltimoslar
Til: Oʻzbek tili
Obunachilar: 8.19K
Kanalning ta’rifi

🌿Dünyamıza xoş gəldiniz
📚Maraqlı faktlar
💎Dahi şəxsiyyətlər
🔔Və bir çox yeni məlumatlar
• Əlaqə @Scorpionn13 📨

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


Oxirgi xabar 3

2022-08-27 15:34:08
İnsanlar səhvlərini xoşbəxt ikən deyil, bədbəxt ikən başa düşərlər.

Daniel Defo (1660-1731) ingilis yazıçısı, 59 yaşında yazdığı "Robinzon Kruzo" əsəri ilə məşhurlaşmışdır
829 views𝐒𝐜𝐨𝐫𝐩𝐢𝐨𝐧, 12:34
Ochish/sharhlash
2022-08-26 19:58:13
Şah soyuq bir qış günündə , şaxtalı gecədə keşik çəkən gözətçini görür və soruşur:
- Üşümürsən ki?
Gözətçi:
- Alışmışam, şahım deyə cavab verir.
Şah:
-Yaxşı, indi əmr edəcəm sənə isti paltar gətirsinlər “ deyir və gedir.
Lakin bir müddət sonra şah içəri girir və əmr verməyi unudur.
Səhəri gün divarın yanında gözətçinin soyuqdan donmuş cəsədini görürlər.
Divarda yazılmışdı:

"Mən soyuğa öyrəşmişdim, amma sizin isti paltar vədiniz məni öldürdü..."

Bu məmləkətdə deyəsən hamımız gözətçiyik..
Ümidin yaşaması ümidi ilə..
995 views𝐒𝐜𝐨𝐫𝐩𝐢𝐨𝐧, 16:58
Ochish/sharhlash
2022-08-26 16:48:35
Öz nöqsanlarını dərketmə hissi narazı insanları başqalarında qərəz və rəzalət axtarmağa təhrik edir. Özünə qarşı nifrət hissi nə qədər dumanlı olsa da, başqalarının nöqsanlarını görmə qabiliyyətini itiləşdirir. Biz adətən başqalarında öz içimizdə gizlətdiyimiz nöqsanları aşkar etməyə çalışırıq.

Erik Xoffer (1902-1983) Amerika sosioloqu, yazıçı

@Tarixinf0
811 views𝐒𝐜𝐨𝐫𝐩𝐢𝐨𝐧, 13:48
Ochish/sharhlash
2022-08-26 16:36:46
Səni ürəyimdən qoparıb atdım, çünki keçici bir könül əyləncəsi olmağa qatlana bilməzdim. Bədənimi əllərinə təslim etmədən öncə, düşüncələrimi, ağlımı, xəyallarımı təslim edə bilməliyəm. Halbuki sən bunları istəmirdin.

Sylvia Plath.
944 views𝐒𝐜𝐨𝐫𝐩𝐢𝐨𝐧, 13:36
Ochish/sharhlash
2022-08-25 20:54:18
“Hacı Zeynalabdin Tağıyev onun qızların təhsil alması fikrinə qarşı çıxan mollalara cavab verir:

Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa günki gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur.”

Manaf Süleymanov - "Eşitdiklərim, oxuduqlarım, gördüklərim"

Foto: Bakı Qızlar Məktəbi (1911)
1.2K views𝐒𝐜𝐨𝐫𝐩𝐢𝐨𝐧, 17:54
Ochish/sharhlash
2022-08-25 16:06:54
Ölən adamlara bilirsinizmi niyə belə hörmət -izzətlə yanaşırıq? Səbəbi çox sadədir. Onlara münasibətdə real, gerçək şərait çıxış etmir. Onlar azadlıqdakı hazırkı yerimizi dar eləmirlər. Nə qədər istəyirsən, təriflə, onun şöhrəti səninkini kölgədə qoymayacaq. Çünki o ölüb...

Alber Kamü "Çöküş"

@Tarixinf0
996 views𝐒𝐜𝐨𝐫𝐩𝐢𝐨𝐧, 13:06
Ochish/sharhlash
2022-08-25 12:29:52
Cənubi Koreyada Lee Sa-gan və Bae Yong-joon adlı evli bir cütlük yaşayır. Cütlük hər gün yer dəyişirlər. Belə ki, bir gün kişi kişi olaraq, qadın isə qadın olaraq yaşayır. Ertəsi gün isə qadın kişi cildinə girir və onun kimi davranır, kişi isə qadın kimi bəzənərək qadın kimi davranır
1.2K views𝐒𝐜𝐨𝐫𝐩𝐢𝐨𝐧, 09:29
Ochish/sharhlash
2022-08-24 19:56:19
Zeynəb Paşa kimdir

19-cu əsrin sonlarında qırx təbrizli qadınla birgə feodal qanunlarına qarşı çıxaraq, Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını.

O günlərdə hökumət qıtlıqdan istifadə edərək ərzaq mallarını anbarlarda yığıb ehtiyat saxlayırdı. Zeynəb Paşa onların yerini öyrənir və taxıl anbarını açdırıb xalqa paylayır. Dövlət məmurları əli silahlı qadınların qarşısında aciz qalıb geri çəkilir.
1.2K views𝐒𝐜𝐨𝐫𝐩𝐢𝐨𝐧, 16:56
Ochish/sharhlash