Get Mystery Box with random crypto!

“Hacı Zeynalabdin Tağıyev onun qızların təhsil alması fikrinə | 𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹

“Hacı Zeynalabdin Tağıyev onun qızların təhsil alması fikrinə qarşı çıxan mollalara cavab verir:

Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa günki gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur.”

Manaf Süleymanov - "Eşitdiklərim, oxuduqlarım, gördüklərim"

Foto: Bakı Qızlar Məktəbi (1911)