Get Mystery Box with random crypto!

Şah soyuq bir qış günündə , şaxtalı gecədə keşik çəkən gözətç | 𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹

Şah soyuq bir qış günündə , şaxtalı gecədə keşik çəkən gözətçini görür və soruşur:
- Üşümürsən ki?
Gözətçi:
- Alışmışam, şahım deyə cavab verir.
Şah:
-Yaxşı, indi əmr edəcəm sənə isti paltar gətirsinlər “ deyir və gedir.
Lakin bir müddət sonra şah içəri girir və əmr verməyi unudur.
Səhəri gün divarın yanında gözətçinin soyuqdan donmuş cəsədini görürlər.
Divarda yazılmışdı:

"Mən soyuğa öyrəşmişdim, amma sizin isti paltar vədiniz məni öldürdü..."

Bu məmləkətdə deyəsən hamımız gözətçiyik..
Ümidin yaşaması ümidi ilə..