Get Mystery Box with random crypto!

Səxavət Məmməd

Telegram kanalining logotibi sexavetmemmed — Səxavət Məmməd S
Telegram kanalining logotibi sexavetmemmed — Səxavət Məmməd
Kanal manzili: @sexavetmemmed
Toifalar: Kattalashtirilmagan
Til: Oʻzbek tili
Obunachilar: 2.65K
Kanalning ta’rifi

Kanalda beynəlxalq və regionda baş verən proseslər, münaqişələr, müharibələr təhlil edilir.
Fb:https://www.facebook.com/profile.php?id=100089303649582&mibextid=ZbWKwL
YouTube:https://youtube.com/@sxavtmmmd6109

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


Oxirgi xabar

2023-05-05 22:26:18
DTX ermənilərin Azərbaycanda planlaşdırdığı təxribatın iştirakçıları olan qadınları saxladı
872 views19:26
Ochish/sharhlash
2023-05-05 21:32:13 Azərbaycanla Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar gedir. Hətta bəzi bəndlərin razılaşdırılması yönündə açıqlamalar da var.

Bununla paralel Qarabağdakı separatçı rejim, daha dəqiq desək, Ruben Vardanyan aktivlik göstərir. İmzalar toplanır ki, beynəlxalq qurumlara müstəqilliklə bağlı müraciətlər edilsin.

Dünən İranla Azərbaycan arasında yumşalma hiss olunurdusa, bu gün İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etdi. Regiondakı sabitlik bu qədər kövrəkdir.

ABŞ-dən verilən mesajlar hər nə qədər sülhün yaxın zamanda imzalanacağının işartısı kimi görünsə də, Rusiyada liderlərin görüşündən sonra fərqli fikirlərə də düşə bilərik.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması üçün xüsusi problem yoxdur. Sərhədlər şərti də olsa, müəyyən olunub, sərhəd-buraxılış məntəqəsi qoyulub və işləyir. Demarkasiyanı Azərbaycan ordusu çəkib, tək qalan delimitasiya məsələsidir ki, onun sonra edilməsi sülh müqaviləsinə mane ola bilməz. Rusiya ilə delimitasiya 2010-cu ildə Rusiya eksklavı Xraxoba və Uryanobanın tamamilə Azərbaycana keçməsi ilə bitib. Gürcüstanla hələ də qalmaqdadır. İranla delimitasiya Türkmənçay müqaviləsi zamanından həll olunub.

Hər nə qədər iki ölkə arasında sülh bağlamaq üçün xüsusi problemin qalmadığını desək də, əslində, Qarabağ problemi həlledicidir. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edir, eyni zamanda, Qarabağdakı separatçı rejimə dövlət büdcəsindən vəsait ayırır…

Təxminən Qarabağda 8-10 min civarında silahlının olduğu deyilir. Qrantlar və ianələrlə ayaqda qalan separatçı rejim 10 minə yaxın şəxsi heyəti necə ştat strukturuna uyğun olaraq silahlandırıb, onların maaşını hansı yolla verir? Hüquqi baxımdan Qarabağdakı silahlıları qeyri-qanuni silahlı dəstə adlandırsaq da, əslində, həmin silahlıların Ermənistan ordusunun qalıqları olduğunu bilirik.

Qarabağdakı silahlıların taleyi necə olacaq?

Oradakı zabitlərin, demək olar ki, hamısı Ermənistan hərbi məktəblərinin məzunlarıdır. Bir anlıq təsəvvür edək, iki ölkə arasında sülh müqaviləsi imzlandı, Qarabağdakı silahlıların taleyi necə olacaq? Rusiya imkan verəcək mi Azərbaycan onları təmizləsin, yaxud onlar silahlarını yerə qoyub getsin?

SSRİ dağılarkən, demək olar, müstəqil olan ölkələrin hamısının ərazisində münaqişə ocaqları yaradıldı. Rusiya təkcə Ermənistan və Azərbaycana yox, regiona təsir edə bilən münaqişənin bitməsini istəyər? Münaqişələrdən birinin bitməsinə razı olar? İnandırıcı deyil.

Münaqişələr hər nə qədər hakimiyyətlər üçün riskli olsa da, xalqı idarə baxımından nemətdir.

Bir anlıq təsəvvür edək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanıb, iki ölkə arasında gediş gəliş var. İstanbula daha ucuz uçmaq üçün İrəvandan gedib uçursunuz. Ermənilər dəniz görmək üçün bulvara gəlir. Qarabağda komendant rejimi var, əhali arasında xırda davalar xaric, böyük problemlər yoxdur. Cəbhə yox, atəşkəs sözü tarix olub. Çağırış ərəfəsində bilərəkdən atışma imitisasiyası yaradıb əsgərləri ön xəttə çəkməmək üçün hər iki tərəfdəki dəllallar iş başında deyil. Kimsə “Allah ordumuzu qorusun” yazanda heç kim zəng edib: “Qaqa, müharibə olacaq?” – deyə soruşmur. Təlimlərin rutin olduğunu hər kəs anlayır… Bunu istədiyimiz qədər uzada bilərik…

Bunlar baş tutursa, ölkələrin gündəmi, qəzetlərin, saytların manşeti nə olacaq? İş, maaş, sosial problemlər, yaşamaq, daha yaxşı yaşamaq… Ekranlarda boşboğazlıq edən, pafosla qarşı tərəfə zərbə vurduğunu düşünən ekspertlərin yerini sosioloqlar, siyasətçilər alacaq. Üzr istəyirəm, Azərbaycanda daha çox manıslar.

Danışıqlar necə nəticələnəcək, onu yalnız təxmin etmək olar. Ancaq münaqişənin qısa zamanda bitməsi arzuolunan olsa da, asan görünmür. Heç kim qızıl yumurtlayan toyuğunu kəsməz.
1.2K views18:32
Ochish/sharhlash
2023-05-05 15:15:54
Müdafiə Nazirliyinin məlumatı

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
1.2K views12:15
Ochish/sharhlash
2023-05-04 20:07:00


Buyurun izləyin
1.3K views17:07
Ochish/sharhlash
2023-05-04 06:09:27 Xarici İşlər Nazirliyinin məlumatı
3 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
 
Əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
 
Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməzliyini diqqətə çatdırıb.
 
Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb. 
 
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.
1.3K views03:09
Ochish/sharhlash
2023-05-03 17:47:10 Hələ ermənilər buna cavab versin

Bir neçə gündür erməni sosial mediasında əsl adı Arzu Xatun məbədi, sonradan adı Xudavəng olan məbədin şəklini paylaşıb hay küy salırlar ki, guya azərbaycanlılar Xudavəng monastrını baxımsız vəziyyətə salıblar, onlar isə ona "yeni həyat" bəxş edib. Bəs ermənilər 30 ildə dağıtdıqları alban abidlərini, məbədlərini, alban tarixinə aid olan daş yazıları, kitabələri niyə demirlər.
Onların deməsi bir yana, niyə Azərbaycan elmi susur? Niyə Azərbaycan alimləri susur? Soruşanda da deyirlər ki, “Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır.” Ay əziz alim yoldaşlarım elə abidənin quruluşu, tikilişi, freskası və digər memarlıq üslubu elə onun tarixi mənbəsidir də. Sadəcə daşları hiss etmirsiz, yazıları, naxışları bilmirsiz deyə boynunuzdan atırsız.

30 il ərzində bizə nə zərbələr dəydi, evlərimiz yandı, ocaqlarımız söndü. Ən ağır zərbə isə tarixi abidələrimizə, maddi və qeyri maddi irsimizə dəydi. Daha çox hədəfi isə ermənilər Alban tariximizə yönəltdilər. Yüzlərlə Alban abidələri məhv edilib yaxud erməniləşdirilməyə cəhd edilib. Ermənilərin Alban məbədlərini özününküləşdirməsinə dair yüzlərlə fakt var.

Fotoya diqqətlə baxın, bu tarixi Alban məbədi Xaçınçayın sağ sahilində yerləşən Çərəktar kəndində yerləşir. Abidə Qarabağın Yuxarı Xaçın ərazisində, Tərtər çayının sol sahilində yüksək dağlıq ərazidə yerləşir. Əlimizdə olan mənbələrə istinad etsək kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir. Amma ona qədər burda yaşayış kompleksi olubdur. Ümumilikdə məbəd ərazisində 11 kitabə olub. Ermənilər buranı araşdırıb, xüsusilə S. Barxudaryan adlı erməni alimi yazıb ki, kitabələrin ən qədimləri 1152, 1206, 1347, 1360-cı illərə aiddir.

Məbədin bütün divarlarında türklərə aid yazılar, tapılan arexoloji qazıntılar da sırf türklərin inancına uyğun olan əşyalar idi. Burda tapılan qılınc, bazubənd, təbərzin və digər silahların üstündə türk dilində yazılar olub. Alban xaçkarlarının üstündə də türk dilində yazılar və petroqramlar taplılb. Ermənilər bu yazıları silə bilmədiklərindən çıxış yolu kimi qədim xristian məbədini dağıtmaqda çarəni görüblər.

Kompleks tamamilə dağıdılıb. Kilsə düzbucaqlı plan quruluşlu olub ( 7 x 3 metr ) ikiqat tavanlı bazilikadan ibarətdir. Kilsə şərq tərəfdə düzbucaqlı ehrama malikdir. Tikinti yazısına əsasən abidə on bir - on ikinci əsrlərə aiddir. Alban xristian memarlığının bir nümunəsi olan bu monastır bu gün xaraba halında qalmaqdadır.

Albanların LV katolikosu VI İohannes son dövrlərini Çərəktar məbədində keçirmiş və Atabəylər tərəfindən dəstək almışdır. İndi ermənilər buna cavab versinlər. Niyə bu qədim xristian məbədini dağıdıblar. Türk dilində olan kitabələrə, yazılara görə?

Zaur Əliyev, dosent
1.4K views14:47
Ochish/sharhlash
2023-05-03 16:56:31 Nikol Paşinyanın komandasına yaxınlığı ilə seçilən Susanna Petrosyan yerli TV müsahibəsində bildirib ki,Rusiya,Ermənistanın Hindistandan aldığı silahları İran ərazisindən daşınmasına mane olur.
1.3K views13:56
Ochish/sharhlash
2023-05-03 09:46:29 ABŞ administrasiyası mayın 3-də Ukraynaya 300 milyon dollar məbləğində növbəti hərbi yardım paketini açıqlamaq niyyətindədir. Bu barədə “Politico” məlumat yayıb.
Administrasiya Ukraynaya artilleriya və minaatan sursatları, yük maşınları, ağır texnika, ehtiyat hissələri və Hydra-70 raketlərindən ibarət 300 milyon dollarlıq hərbi yardım paketi elan etməyi planlaşdırır.
Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk özünün Telegram kanalında Su-25 təyyarəsinin Amerikanın Zuni raketləri ilə birgə fotosunu dərc edib. ABŞ yanvarda həmin “hava-yer” raketlərini Ukraynaya çatdıracağına söz vermişdi. Daha sonra müdafiə nazirinin müavini Laura Kuper növbəti hərbi yardım paketi kimi Ukrayna ordusuna 4000 Zuni raketinin təhvil verildiyini açıqlayıb.
Zuni Sovet S-13-ün ən yaxın analoqudur. O, kiçik yerüstü və sualtı hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Onun maksimal uçuş məsafəsi 8 km, maksimal sürəti 2600 km/saatdır. ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri Zuni-ni F-89, F-4 və F-16 daşıyıcı əsaslı qırıcılarda istifadə edib.
Ağ Ev Ukraynaya 3 milyard dollarlıq silah tədarükünü elan etməzdən əvvəl, bu paket Amerika yardımı silsiləsinin ən böyüyü idi. Buraya həmçinin 50 Bradley piyada döyüş maşını, 100 M113 zirehli personal daşıyıcısı, RIM-7 və Sea Sparrow raketləri, HIMARS sursatları və s.
1.4K views06:46
Ochish/sharhlash
2023-05-02 20:02:08 Buyurun izləyin


1.4K views17:02
Ochish/sharhlash
2023-05-02 15:53:26 Əgər Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqəsi arxa fonda Rusiya ilə razılaşdırılıbsa, rəsmi Moskva bir çox əməliyyatlara bilərəkdən göz yumubsa, bu o anlama gəlir ki, sülh müqaviləsinin imzalanmasında Moskva planı işləyəcək. Siyasətdə qarşılıqsız heç nə olmur. Azərbaycan Rusiya ilə oynaya bilir, buna görə də Ermənistanın vəziyyəti daha ağırdır. Çünki hər nə qədər Qərbə meyillilik olsa da, ölkədə Rusiya hərbi bazasının olması təhdiddir.

Rusiyanın təkliflərinə hər iki tərəf etiraz edə bilsə, siyasi oyunlar yerini hərbi oyunlara verəcək…
Səxavət Məmməd
1.5K viewsedited  12:53
Ochish/sharhlash