Get Mystery Box with random crypto!

Səxavət Məmməd

Telegram kanalining logotibi sexavetmemmed — Səxavət Məmməd S
Telegram kanalining logotibi sexavetmemmed — Səxavət Məmməd
Kanal manzili: @sexavetmemmed
Toifalar: Kattalashtirilmagan
Til: Oʻzbek tili
Obunachilar: 2.65K
Kanalning ta’rifi

Kanalda beynəlxalq və regionda baş verən proseslər, münaqişələr, müharibələr təhlil edilir.
Fb:https://www.facebook.com/profile.php?id=100089303649582&mibextid=ZbWKwL
YouTube:https://youtube.com/@sxavtmmmd6109

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


Oxirgi xabar 2

2023-05-02 15:53:26 Qarabağ və sülh müqaviləsi ilə bağlı danışıqların dalana dirənmə mərhələsi başa çatdı. Artıq hərbi gərginliyin yerini siyasi oyunlar alıb desək, yanılmarıq.

Nə oldu ki, danışıqlara start verildi?

Danışıqlar dalana dirənən zaman yazırdım ki, prosesin başlaması üçün hərbi əməliyyat, qan və riskli addımlar atılmalıdır. Saydıqlarım mütləq şəkildə tərəfləri masaya yaxınlaşdıracaq. Azərbaycan ordusu iki hərbi əməliyyat həyata keçirdi. Özü də qüsursuz. Ardınca qanlı hadisə yaşandı, hər iki tərəf itkilər verdi. Riskli sayılacaq məsələ isə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsi qoyulması idi.

Niyə riskli?

Çünki Rusiya sülhməramlıları missiyasını yalnız Laçın dəhlizi üzərindən həyata keçirə bilirdilər. Tərəflərin maşın karvanlarını müəyyən vaxtlarda keçirir, lazım olanda ləngimələrə yol verib təzyiqlər də edirdilər. Laçın dəhlizi olmadan sülhməramlılar passiv qalırlar. Əgər proses belə davam edəcəksə, rusların edə biləckləri bir şey də qalmır. Elə bu səbəbdəndir ki, rəsmi Moskva bir neçə ağızdan Azərbaycan tərəfinə yolu açmaqla bağlı təzyiq edir. Yeri gəlmişkən, təzyiq edən tək Rusiya deyil. ABŞ də Azərbaycana yolu açmağı təkli edir. Hətta rəsmi Vaşinqton nəzarət-buraxılış məntəqəsini sülh danışıqlarına maneə kimi görür. Rəsmi Bakının addımı hər nə qədər haqlı olsa da, riskli idi. Hesab edirəm ki, bu cür riskli addımı atan tərəf təzyiqlərdən necə yayınacağını da hesablayıb.

Artıq Andrey Volkov vəzifəsindən azad edildi və onun yerinə general-polkovnik Aleksandr Lentsov gətirildi. Nədənsə bu məsələ üzərində Azərbaycan ictimaiyyəti çox baş sındırır. Ən çox verilən sual da budur: “Görəsən, ermənipərəstdir?”.

Əvvəla, onu qeyd etmək lazımdır ki, Ukraynada ağır döyüşlər keçirən ölkə ordusunda hələ də rotasiya edə bilir. Hər nə qədər də deyilsə ki, Rusiya ordusu qırılıb, batıb, şəxsi heyəti çatışmır, ancaq yenə rotasiyanı həyata keçirə bilir. Rusiyanı sevə də bilərsən, nifrət də edə bilərsən, ancaq bu addımından dərs çıxarmaqda fayda var. Azərbaycan ordusu daha mütərəqqi sayılan Türkiyə ordu modelinə keçid edib, ancaq ratasiya məsələsi hələ də yerində sayır…

Volkov, Lentsov, Muradov bunlar nəyisə dəyişəcək, həll edəcək şəxslər deyillər. Təəssüf ki, hərbi xidmət keçmiş, çiynində ulduzlar daşımış şəxslər belə bəzən bunları ittiham edir, sanki hər şeyi həll edəcək şəxs kimi onlara xitabən fikirlər səsləndirirlər. Ordular iyerarxiya sistemi ilə idarə olunur. Rütbəsi general-polkovnik olsa belə, Lentsov yuxarı komandanlıqdan əmr alır və onu icra edir. Ekofəalların aksiyası zamanı “Volkov gəlib hesab versin” deyiləndə də yazırdım ki, boş və mənasız çağırışdır. Çünki ən azı Rusiya ordusunun Şimal Hərbi Dairəsinin komandirinin icazəsi olmalıdır ki, Volkov harasa getsin. Hesab sorulacaq şəxs Vladimir Putindir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün iki masa var – Moskva və Vaşinqton. Tərəflərin xarici işlər nazirləri Vaşinqtonda səfərdədirlər. Ehtimal ki, onların səfəri bitəndən qısa zaman sonra hər iki ölkənin lideri Rusiyaya səfər edəcək. Yeri gəlmişkən, bu səfərin razılaşdırıldığını Rusiya xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarova açıqlamışdı.

ABŞ və Rusiyanın sülh paketində müəyyən fərqlər var. Rusiya Qarabağa həm status istəyir, həm də qarant ölkə kimi adının müqavilədə keçməsini. Bu, Rusiyaya imkan verir ki, tərəflərə istənilən vaxt təsir edə bilsin. ABŞ-nin təklifində nə status var, nə də hüquqi təmsilçilik. Hər iki tərəf arasında region uğrunda mübarizə gedir. Rusiya, bəlkə də, status məsələsində güzəştə gedə bilər, ancaq mütləq şəkildə adının müqavilədə keçməsində dirəniş göstərəcək. Çünki bu ad onun gələcəkdəki hansısa planlarını həyata keçirməkdə baza rolunu oynayacaq. Burada Ermənistan və Azərbaycan tərəfinin qərar verməsində müqavilənin cəlbediciliyindən daha çox hansı tərəfin təzyiqinin güclü olması rol oynayacaq.
1.5K views12:53
Ochish/sharhlash
2023-05-02 11:49:12
Bu dəfəki mövzumuz sərhəd-buraxılış məntəqəsi, Azərbaycana qarşı edilən təzyiqlər, rəsmi Bakı buna nə qədər dözəcək? Bundan əlavə ABŞ və Rusiyanın sülh paketi, Moskva və Vaşinqton nə istəyir, hansı paket seçilsə daha uğurlu olar? Volkovun yerinə gələn Lentsov. Komandanlar nəyisə dəyişə bilərmi?
1.5K views08:49
Ochish/sharhlash
2023-04-30 23:41:47
Şərhsiz
1.7K views20:41
Ochish/sharhlash
2023-04-30 16:01:36 Tarix təkrarlanır
(Qısa)
32 il öncə Sovet Daxili qoşunları və "OMON" Çaykənd(Halqa) əməliyyatını həyata keçirmişdi.
Bu əməliyyat aprel-may aylarını əhatə edərək Azərbaycan respublikasının daxilində erməni silahlı dəstələrə qarşı idi.
Əməliyyat Xanlar,Şuşa,Xocavənd və bir neçə ermənilər yaşayan ərazidə həyata keçirilərək silahlı dəstələri zərəsizləşdirməyə yönəlmişdi.
1.7K views13:01
Ochish/sharhlash
2023-04-30 10:34:51
Düşmənin Sırxavənddəki hərbi bazasını da unutmayın.
Üstəlik yaxınlığında sülhməramlıların postu yerləşir.
https://goo.gl/maps/uZdejwwVioMWGhJu5
@bez_tor
1.7K viewsedited  07:34
Ochish/sharhlash
2023-04-30 10:24:09 Britaniya hakimiyyəti Ukraynaya dəstək fondu çərçivəsində Kiyev üçün uzaqmənzilli raketlər və digər hərbi texnika almaq niyyətindədir. Bu barədə Ukraynanın “Klymenko Time” qəzeti yazır.

Nəşrin məlumatına görə, zərbə sistemləri üçün əsas tələb qurudan və dənizdən 20-490 kq qədər döyüş başlığı daşıyan raketlərin və uçuş məsafəsinin 100-dən 300 km-ə qədər olmasıdır.

Ukraynaya Dəstək Fondunun ümumi dəyərinin hazırda 520 milyon funt-sterlinqdən (650 milyon dollardan çox) olduğu bildirilir.
1.7K views07:24
Ochish/sharhlash
2023-04-29 21:30:25

1.7K views18:30
Ochish/sharhlash
2023-04-29 19:39:47 Ermənilərin yaydığı məlumata görə, Azərbaycan tərəfinin açdığı atəş nəticəsində bir hərbi qulluqçusu yaralanıb.
1.7K views16:39
Ochish/sharhlash
2023-04-29 15:46:58
Bu dəfəki qonağımız Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin Silahlı qüvvələrlə iş üzrə nümayəndəsi, Türkiyə ordusunun ehtiyatda olan polkovniki Can Akdoğandır.
Can Akdoğanla BQXK-nin münaqişələr zamanı fəaliyyəti, münaqişə zamanı əsirlərin statusu, əsirlərlə davranış qaydaları, beynəlxalq hüququn işləyiş şəkli və digər önəmli məsələlərlə bağlı danışmışıq.
1.8K views12:46
Ochish/sharhlash