Get Mystery Box with random crypto!

🌐 XƏBƏR Lenti

Telegram kanalining logotibi xeberlenti — 🌐 XƏBƏR Lenti X
Telegram kanalining logotibi xeberlenti — 🌐 XƏBƏR Lenti
Kanal manzili: @xeberlenti
Toifalar: Yangiliklar
Til: Oʻzbek tili
Mamlakat: Oʻzbekiston
Obunachilar: 13.95K
Kanalning ta’rifi

🌐 ƏN SON XƏBƏRLƏR
ƏLAQƏ: @tlgrmhesap2

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


Oxirgi xabar 6

2023-06-10 15:55:14
Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində Laçın NBM-dən maneəsiz keçirlər
2.4K views12:55
Ochish/sharhlash
2023-06-10 14:08:41
İranın İlam vilayətində iki İmamzadə yandırılıb.

Bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki İmamzadə (Seyid Yusif və Seyid Həbibin məqbərələri) naməlum şəxslər tərəfindən yandırılıb.

İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib.

Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.
2.3K views11:08
Ochish/sharhlash
2023-06-10 14:08:00
Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq hərbi xidmət keçən qulluqçusu (MAXE) Rahil Əhmədov həlak olub.

Məlumata görə, 2000-ci il təvəllüdlü Əhmədov Rahil Rahib oğlu odlu silahdan açdığı atəş nəticəsində həlak olub.
2.2K views11:08
Ochish/sharhlash
2023-06-10 09:36:52
Müdafiə naziri azad edilmiş ərazilərdə komanda-qərargah təlimini izləyib

Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib.

Təlimə cəlb olunan birlik, birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, təyin olunmuş rayonlara çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin edilib, həmçinin digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətlər icra olunub.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını, o cümlədən bölmələrin ərazidə fəaliyyətini izləyib.
2.3K views06:36
Ochish/sharhlash
2023-06-10 09:32:19
Taliban İranla sərhəddə təlimlərə başladı

Əfqanıstan Silahlı Qüvvələri İranla sərhəddə hərbi təlimlərə başlayıb.

Bu barədə Əfqanıstanın "Baxtər" dövlət agentliyi Talibanın Nimruzdakı sərhəd bölməsinin komandiri Məhəmməd Nəbi Melavurə istinadən məlumat yayıb.

İranla sərhəd Nimruz bölgəsində keçirilən təlimlərdə üçüncü sərhəd bölməsinin qoşunları iştirak edir və ağır silahların sınaqları keçirilir.

Təlimlərin İranla Əfqanıstan sərhədçiləri arasında 3 iranlı sərhədçinin öldürülməsi ilə nəticələnən silahlı qarşıdurmadan sonraya təsadüf edir.
2.2K views06:32
Ochish/sharhlash
2023-06-10 09:17:42 Ermənilər Şuşa, Xocalı və Daşkəsəni atəşə tutdular

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 0:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
2.2K views06:17
Ochish/sharhlash
2023-06-10 09:13:14
Yolu azaraq Ermənistan ərazisinə keçərkən saxlanılan azərbaycanlı hərbi əsir Hüseyn Axundovun həbs müddəti 3 ay uzadılıb.
2.2K views06:13
Ochish/sharhlash
2023-06-09 19:05:04
Ağ Ev: Rusiya yüzlərlə İran PUA-sı alır, onları istehsal etməyi planlaşdırır

Ətraflı: apa.az
2.3K views16:05
Ochish/sharhlash
2023-06-06 21:48:53
Astarada eşşək kişinin qulağını qopartdı - APA TV
944 views18:48
Ochish/sharhlash
2023-06-06 19:55:44 Bakı-Xankəndi dialoqu: təzadlar və çıxış yolları
 
Son zamanlar danışıqlar prosesində müsbət ətalət müşahidə edilir. Tərəflərin kommunikasiyalar üzərində suveren hüquqlar, anklavların mübadiləsi, delimitasiya prosesinin qaçılmazlığı, Rusiya faktorunun regionda azaldılması, Vardanyan kimi layihələrin hər iki tərəfə zərəri, “beşinci kolona” qarşı mübarizə məsələləri üzrə ortaq mövqeləri vardır. Sülh sazişinin imzalanmasına yeganə ciddi maneə - Qarabağdakı qondarma “ordu” və “institutlar”dır.
 
Ermənistan/Azərbaycanın mövqeyi
Rəsmi İrəvan Azərbaycan qoşunlarının “Ermənistan ərazisindən” geri çəkilməsi və beynəlxalq mexanizm çərçivəsində Bakı və Xankəndi arasında dialoqun başlanmasını prioritet sayır. Rəsmi Bakı separatçılardan təslim olmağı, qondarma “institutları” buraxmağı tələb edir, əvəzində isə onlara amnistiya (Azərbaycan ərazilərini təhlükəsiz tərk etmə) təklif edir.
 
Rusiya → separatçıların mövqeyi
Moskva sülh sazişinin imzalanmasına mane olmaq üçün separatçıları və Ermənistandakı proksi qüvvələri (müxalifət + Erməni Apostol Kilsəsi) hərəkətə gətirdi.
Rusiyanın təkidi ilə qondarma parlament 23:00-da toplanıb, Paşinyanın Qarabağla bağlı yanaşmasına (Azərbaycanın ərazi bütövlüyünün tanınmasına) etiraz etdi. Ardınca A.Arutyunyan mitinqlərin keçirilməsini, separatçı hakimiyyət əleyhinə məlumatın axtarılmasını cinayət əsaslı işə çevirən sərəncam imzaladı, qondarma təhlükəsizlik qurumları isə Qarabağ ermənilərinə xaricdən gələn telefon zənglərinə cavab verməyi qadağan etdi. Qondarma ordunu buraxmaqdan imtina edən rejim, silahlıların hətta Bakının qoşunları geri çəkəcəyi təqdirdə qalacağını bildirdi. Paralel olaraq R.Vardanyan Qarabağın rifah fonduna şəxsi vəsaitindən $50 mln. pul ayıracağını və bu vəsaitin artırılması məqsədilə erməni diasporu ilə danışıqlar apardığını bildirdi. Belə güman eləmək olar ki, bununla Moskva rejimin İrəvandan maliyyə asılılığını azaldıb, separatçıları təmamilə öz nüfuzu altına salmaq istəyir.
 
Qərb faktoru
12 iyun tarixində ABŞ-da xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir. Buna qədər ABŞ-ın region üzrə xüsusi nümayəndəsi Lui Bono regiona səfər edib, ziddiyyətli bəndlər üzrə ABŞ-ın təkliflərini irəli sürdü. Belə güman etmək olar ki, ən ziddiyyətli məqamlardan biri Qarabağdakı rejimin gələcək taleyi ilə bağlıdır. Dövlət Departamentinin Azərbaycan Prezidentinin amnistiya haqqında bəyanatını alqışlaması Vaşinqtonun Bakının məsələ ilə bağlı yanaşmasını müsbət qarşıladığından xəbər verir.
 
Dialoq = alternativ institutlar
Qondarma prezidentin qondarma müşaviri D.Babayana görə “Artsax, Ermənistana onu Azərbaycanın tərkib hissəsi kimi tanımaq barədə mandat verməyib”. Rejimin Ermənistana demarş elan etməsi, Qarabağ ermənilərini total nəzarətə alması və paralel olaraq Rusiyanın regional proksisinə çevrilməsi Bakı və Xankəndi arasında danışıqları qeyri-mümkün edir. Konstruktiv dialoq üçün qondarma institutlar buraxılmalı və onların yerinə Qarabağ erməniləri tərəfindən alternativ qurumlar yaradılmalıdır. Belə mümkün alternativ qurumlardan biri Ağsaqqallar Şurası ola bilər. Bu institutun özəlliyi bundadır ki, o həm Ermənistan, həm Azərbaycanda (müəyyən struktur/funksiya fərqləri ilə) mövcuddur. Bu institut Qarabağ ermənilərini danışıqlarda təmsil etmək üçün kifayət qədər legitim olub, qondarma (“prezident, parlament, deputat, nazir”) institutlardan fərqli olaraq Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etmir.
 
Nəticə
Azərbaycanın Laçında NBM qurması İrəvanı Rusiyaya eksterritorial dəhliz vermək məcburiyyətindən xilas edib, onu Moskva ilə münasibətlərdə daha subyektli etdi. Hazırda Bakının əsas hədəfi qondarma ordu və institutların aradan götürülməsidir. Prezident Əliyev Laçında çıxışı zamanı “amnistiya əvəzinə istefa” tələbənin nə vaxta qədər keçərli olduğunu qeyd etmədi. Bu isə o deməkdir ki, Bakı yaxın həftə-aylarda nəzərdə tutulan görüşlərdə bu məsələ ilə bağlı irəliyiş əldə edilmədiyini gördükdə yenidən birtərəfli addım atıb, qondarma ordunu dəqiq zərbələrlə zərərsizləşdirib, Ermənistan və vasitəçiləri fakt qarşısında qoyacaqdır.
 
@cssc_cqtm
1.3K views16:55
Ochish/sharhlash