Get Mystery Box with random crypto!

🌐 XƏBƏR Lenti

Telegram kanalining logotibi xeberlenti — 🌐 XƏBƏR Lenti X
Telegram kanalining logotibi xeberlenti — 🌐 XƏBƏR Lenti
Kanal manzili: @xeberlenti
Toifalar: Yangiliklar
Til: Oʻzbek tili
Mamlakat: Oʻzbekiston
Obunachilar: 13.79K
Kanalning ta’rifi

🌐 ƏN SON XƏBƏRLƏR
ƏLAQƏ: @tlgrmhesap2

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


Oxirgi xabar 502

2021-12-14 17:19:19 İlham Əliyev Şarl Mişellə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında Brüsseldə keçirilən görüş zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə həmçinin kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

@azerbaijan724
2.5K views14:19
Ochish/sharhlash
2021-12-14 16:33:23
Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş olub.

@azerbaijan724
2.4K views13:33
Ochish/sharhlash
2021-12-14 15:47:01
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı – GÜNLÜK STATİSTİKA

@azerbaijan724
2.4K views12:47
Ochish/sharhlash
2021-12-14 15:09:58
DSX rəhbərliyi Ermənistanla dövlət sərhədinə gedib

Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlamışdır.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.

@azerbaijan724
2.5K views12:09
Ochish/sharhlash
2021-12-14 14:05:22
İsrailin Azərbaycandakı səfirliyi ərazisində təhlükəsizlik təlimi keçirilib

Bununla bağlı səfirliyin tviter səhifəsində paylaşım edilib:

“Səfirlik və Azərbaycan təhlükəsizlik qüvvələri bu sahədəki əməkdaşlığı daha da gücləndirməyə yönələn birgə təlimlər keçirib. Azərbaycanın təhlükəsizlik qüvvələrinə daim fədakarlıq və əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirik”.

@azerbaijan724
2.5K views11:05
Ochish/sharhlash
2021-12-14 11:04:04
Mövlud Çavuşoğlu Ermənistanla xüsusi nümayəndələrin (özəl temsilçi) mübadiləsi və bu addımın Azərbaycanla razılaşdırılması haqda Türkiyə Böyük Millət Məclisində hesabat verir.

@azerbaijan724
2.6K views08:04
Ochish/sharhlash
2021-12-14 10:30:21
Azərbaycan bayrağı ilə təhqiredici görüntüləri yayılan Ermənistan futbolçuları barədə cinayət işi başlandı.

@azerbaijan724
2.6K views07:30
Ochish/sharhlash
2021-12-14 10:23:35 Gürcüstan Xarici İşlər Nazirliyi sərt bəyanat verdi

"Gürcüstan “3+3” regional formatı ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib. Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub və bu əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik."

@azerbaijan724
2.6K views07:23
Ochish/sharhlash
2021-12-14 10:07:25
Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq

Bildirilib ki, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir.

@azerbaijan724
2.5K views07:07
Ochish/sharhlash
2021-12-14 09:35:16 Ermənistan Çavuşoğlunun dediklərini təsdiqlədi

Ermənistan XİN mətbuat katibi Vaan Unanyan:

"Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Bu baxımdan, Türkiyə xarici işlər nazirinin münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir və Ermənistan tərəfinin də dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik."

@azerbaijan724
2.7K views06:35
Ochish/sharhlash