Get Mystery Box with random crypto!

İranın Naxçıvandakı baş konsulu həbsdə olan İran vətəndaşı ilə | 🌐 XƏBƏR Lenti

İranın Naxçıvandakı baş konsulu həbsdə olan İran vətəndaşı ilə görüşüb

İranın Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni bu gün Naxçıvanda cəzaçəkmə müəssisəsində həbsdə olan İran vətəndaşına baş çəkib.

Bununla bağlı İranın Naxçıvandakı Baş Konsulluğu məlumat yayıb.

Məlumata əsasən, baş konsul adı açıqlanmayan İran vətəndaşı ilə görüşüb və onun saxlanma şəraiti ilə tanış olub.

Qeyd edək ki, İran bu günədək Azərbaycan diplomatlarının 2023-cü ilin mart ayında saxta casusluq ittihamı ilə Tehranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli ilə görüşünə şərait yaratmayıb.

https://t.me/cenubiazerbaijan