Get Mystery Box with random crypto!

Canım anam, damarda qanım anam, Cənnət ayağlarındadır, gülüst | Turkcha O'rganamiz | Rasmiy kanal

Canım anam, damarda qanım anam,

Cənnət ayağlarındadır, gülüstanım anam.

Sənsiz dözməz ürək, Allah ayırmasın,

Kədərin zülməti ilə keçər sənsiz anım anam.



Şöhrətim şanım anam, mənim ad sanım anam,

Nə qədər tikanlar bitib belə gülşənlərində?

Sən ki bir ömrü fəda eyləmisən övladına,

Nə qədər əzab gizlənib saçının dənlərində?



Ən gözəl xanım anam,cənnət hurisiən,

Sənin etdiyin dualarla ərşə çatdı başım.

Əlini səmaya aç, sən mənə dualar et,

Mən həmin dualarla yol dolaşım, dağlar aşım.



Ey sultanım anam, sənə qurbandı canım,

Atdığın addımların altına torpağ olaram.

Nə qədər qocalsam da ölümünə hazır deyiləm,

Bir gün ölsən əgər, mən necə sağ olaram?



Sabahım danım anam,ey mənim dan ulduzum,

Səninlə olur sabah, səninlə günəş doğur.

Bircə an xəyalımdan ötsə sənin son nəfəsin,

Həmin zaman boğazda qəhər düyünlənir, boğur.



Dərdə dərmanım anam, nə olar tez getmə,

Mən səni qollarımda gəzdirərəm, of demərəm.

O yeməklərdə sənin əllərinin ətri yoxsa,

Nə yaxın dayanmaram, nə də heç vaxt yemərəm.



Ey asimanım anam, nə gözəl görünürsən,

Gül üzün gülüstana güllərdən çox yaraşır.

Üzünün nuru bəsdi bu dünyanı aydın edə,

Susuram üzüm gülür, baxıram göz qamaşır.



Ey mənim canım anam, damarda qanım anam,

Cənnət ayağlarındadır, gülüstanım anam.

Sənsiz dözməz ürək, Allah ayırmasın,

Kədərin zülməti ilə keçər sənsiz anım anam.

@turkca_organamiz