Get Mystery Box with random crypto!

Gəncədə “l Gəncə Qastroenteroloji günləri” adlı beynəlxalq kon | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Gəncədə “l Gəncə Qastroenteroloji günləri” adlı beynəlxalq konfrans keçirilib. Tədbir İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Gəncə Beynəlxalq Xəstəxanası, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası, Milli Onkologiya Mərkəzi, Azərbaycan Qastroenteroloqları və Hepatoloqlar İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.

Konfransda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının və ətraf rayonların qastroenteroloq, cərrah, onkoloq, hepatoloq, eləcə də terapevtlərin iştirak etdiyi konfransda Türkiyə, Rusiya, Ukrayna, eləcə də Bakıdan dəvət olunan professorlar, həkim mütəxəssislər iştirak ediblər.

Tədbirdə yerli və xarici mütəxəssislər tərəfindən “Endoskopik submukozal disseksion”, “Qida borusu stentlənməsi. Nə zaman? Hansı stent?”, “Heriatrik xəstələrdə üst GİS qanamalarının endoskopik müalicəsi”, “Perianal fistulların müalicəsində cərrahi müdaxilə üsullarının seçilməsi” və digər əlaqəli mövzularla bağlı məruzələr dinlənilib.