Get Mystery Box with random crypto!

İlk dərrakəli adamlar Neandertalların nəsli inkişafını araşdır | Hekayə Vaxtı 📖

İlk dərrakəli adamlar
Neandertalların nəsli inkişafını araşdıran
bir grup alman alimi maraqlı nətice əldə edib.
Onlar hesab edir ki, ilk dərrakeli adamların
bir növü de məhz neandertal olub.
ilk dəfə qalıqları 1856-cı ilde Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insanla meymun arasındakı keçid növ hesab edilirdi.
İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbilesi üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimi əldə etdikləri nəticələrə söykənərək onların ayrıca homosapiens növü olduğunu deyir.
Alimlerin təklifi ilə bundan sonra neandertallar "homosapiens neandertalensis" adlandırılır.
Neandertallar xarici görünüşcə ortaboylu,
cüssəli, iri beyin kütləsinə malik olub. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda
çanesi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertallar kretin (bədxasiyyət ağıldankəm) hesab edirler. Amma sən demə, bu məsələdə də bir qeder səhvə yol verilib: "Homo sapiens neandertalisesin dərrakəsinin az da olsa, varlığını sübut edən dəliller elmə hələ ötən əsrin sonlarından məlumdur. Onlar kromonon adamının düzəltdi-
yindən heç də geri qalmayan əmək alətleri
hazırlayıb, ailə və icma halında yaşayıb, odla
davranma vərdişlərinə malik olub, qayalar
üzərində rəssamlıq ediblər. Onların qadınları boyunlarından muncuq düzümleri asır, zəmanələrin dəbinə uyğun olaraq heyvan dərisinden tüklü üzü bayıra olmaqla yaraşıqlı paltarlar tikirmiş. Paltarların sapını isə ovladıqları heyvanların acı bağırsağından hazırlayırmışlar. Bu homosapienslar təəssüf ki, adam
Əti yeməyi də özlərinə rəva görürmüş. Göru-
nür, nəsillərinin kəsilməsine də məhz bu fakt səbəb olub. Alimlər müəyyən edib ki, neandertallar məsaməli ensefalit (beyin iltihabı) xəstəliyinə yoluxmuş qan qardaşlarının ətini,beynini yeməklə tədricən qırılıb. Yeri gəlmişkən, məsaməli ensefalit quduzluğa bənzər bir xəstəlikdir.