Get Mystery Box with random crypto!

Hefest Əfsanəyə görə Hefest Zevs və Heranın yeganə şikəst d | Tarixoqraf

Hefest

Əfsanəyə görə Hefest Zevs və Heranın yeganə şikəst doğulmuş uşağıdır. Bəzi rəvayətlərə görə Hera kişi yardımı olmadan Hefestə hamilə qalmış, doğduqdan sonra onun axsaq olmasından utanaraq onu dənizə atır. Xoşbəxtlikdən onu iki dəniz ilahəsi Fetida və okeanida Evrinoma xilas edərək böyüdürlər. Dənizin dibində öz sevimli sənəti, dəmirçiliklə məşqul olan Hefest gözəl və tayı bərabəri olmayan bəzək əşyaları düzəldərək hamını valeh edir. Əsil valideynlərinin kim olduğunu öyrəndikdən sonra əsasən Heradan qisas almaq qərarına gəlir. Bu məqsədlə qızıldan yaraşıqlı taxt düzəldərək Heraya hədiyyə göndərir. Sevincək hədiyyəni qəbul edən Hera ona əyləşərkən taxta sarınmış olur. Heranı azad etmək üçün uzun mübahisə və çəkişmədən sonra Dionis məsələyə qarışaraq qardaşı Hefesti içizdirərək sərxoş halda Olimpə gətirir və onu Hera ilə barışdırır. Oğlunun kölnünü almaq üçün Hera Afroditanı ona ərə verir.
Hefest bir çox sənətlərin mahir ustası olmuşdur. O, tikintidə və memarlıqda, zərgərlikdə və silahqayırmada, dəmirçilikdə və icad etmədə gözəl əl qabiliyyətinə malik olmuşdur. O, Olimpdə möcüzəli tanrılar sarayını tikmişdir. Hefest ayaqları zəif olduğu üçün ona gəzərkən yardımçı olmaq məqsədilə qızıldan iki qız düzəltmişdir. O, Feak çarı Alkinoya onun sarayını qorumaq üçün qızıl və gümüşdən sehirli it düzəltmişdir. O, Kolxida çarı Eeta üçün süd, çaxır, su qaynaqlı bulaqlar düzəltmişdir.
Hefest özündə alovu tərənnüm edən tanrı idi. Lemnos adasınında belə güman edilirdi ki, Mosixl dağından püskürən alov onun altındakı Hefestə məxsus dəmirçixanadan çıxırmış. Buna görə də onu dəmirçilərin səcdə etdikləri kult hesab edirdilər.Hefestin adı ilə bağlı olan məbədlər əsasən vulkanların yaxınlığında yerləşirdi.

Mənbə : www.wikipediya.org

@tarixoqraf