Get Mystery Box with random crypto!

.....MƏN BACARACAĞAM!..... 'Kaş ki, daha asan olsun' yerinə | Motivasyon krallığı

.....MƏN BACARACAĞAM!.....

"Kaş ki, daha asan olsun" yerinə "daha yaxşı olmalıyam, daha çox çalışacağam, mən bacaracağam" düşüncəsindən yola çıx

Xəyal qurduğun zaman heç nəyin asan olmayacağını bil! Çox çalışmalısan, çox öyrənməlisən, asan olmayacaq amma sən bacaracaqsan!

Səhv etməkdən qorxma! Getdiyin yolda atdığın addımda çətinlik olacaq, bəzən yıxılacaqsan, səhv edəcəksən amma qorxma! Çünki sən qalxacaqsan, kiminsə səni qaldırmasını gözləmədən bunu edəcəksən. Bunu özün bacaracaqsan və bir daha yıxılmayacaqsan.

Yeni addımlar atdığın zaman insanlar danışacaq, zatən insanlar həmişə danışır, onlar danışmağa birşey taparlar. "Sən bunu edə bilməzsən, bu sənlik deyil, vaxtını itirirsən" kimi sözlər deyildiyi zaman heç kimi dinləmə!

Bir xəyalın var onu qorumalısan. İnsanlar bir şey edə bilməyəndə sənə də edə bilməyəcəyini söyləyərlər. Əgər bir şeyi etmək istəyirsənsə get və et!