2023-01-11 17:12:26
Payız gecəsi həzin külək, narın atan yağışlar
Qara buludlu sərin havada soyuq-soyuq baxışlar
Sakit otaq bir siqaret xatirələr bir də mən
Üzümdə bir qürur fəqət içimdə yalvarışlar
Səninlə mən bir ruh idik ayrı-ayrı bədəndə
Bağışlamışdım səni mən mənə bu səhvi edəndə
Sən əslində elə də qəbahətli bir şey etmədin
Mənə bir həyat dərsi oldu tərk eliyib gedəndə
@Kara_Bulutlar
18 viewsZUBAYR, 14:12